İnsan siçovul hepatitinə yoluxdu – İLK DƏFƏ
Honkonq universitetinin alimləri tarixdə ilk dəfə insanda siçovullara məxsus E hepatiti virusu aşkarlayıblar.
Oxu.Az xəbər verir ki, 56 yaşlı yoluxan şəxs yaxınlarda qara ciyər transplantasiyasına məruz qalıb. Onun analizləri orqanın anomal rejimdə işlədiyini üzə çıxarıb.
Alimlərin fikrincə, yoluxmaya səbəb tərkibinə siçovul nəcisi düşən qida ola bilər.
Zərərçəkən antivirus müalicəsi alıb.
Mənbə:> Oxu.Az