Bakıda 11 saatlıq nadir estetik əməliyyat həyata keçirilib » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Səhiyyə

Bakıda 11 saatlıq nadir estetik əməliyyat həyata keçirilib – VİDEO

Bakıda 11 saatlıq nadir estetik əməliyyat həyata keçirilib

Şəmkir rayonu Səməd Vurğun kəndində dörd yaşlı Səma həyətdə oynayarkən saxladıqları it onun burnunu dişləyərək bir hissəsini qoparıb.

AzNews.info-nun Xəzər TV-yə istinadən məlumatına görə, azyaşlının atası Elməddin Sarıyev deyir ki, qızını Bakıya gətirib, ona məsləhət görülən həkimin yanına aparıb.

Əməliyyatı estetik və plastik cərrah Mircəfər Seyid həyata keçirib.

Həkim bildirib ki, azyaşlı xəstəxanaya daxil olanda burnunun sol yarısının aşağı hissəsini it tamamilə qoparmışdı və burun sümüyü açıqda qalmışdı. Onun sözlərinə görə, rekonstruktiv və mikrocərrahiyyə plastik cərrahiyyənin ən mürəkkəb hissəsidir.

Nadir estetik əməliyyat 11 saat davam edib.

Mircəfər Seyid əməliyyatdan sonra qeyd edib ki, Səmanın burnu bir il ərzində tamamilə əvvəlki görünüşünə qayıdacaq.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *