Erməni burnu... » AzNews.info -Xəbər portalı

Erməni burnu...

Erməni burnu...

Erməni burnu - bu erməni xalqının milli qürur mənbəyidir. Bəzən onu böyüklüyünə görə ölkənin əzəmətli dağ zirvələri ilə müqayisə edirlər. Amma bu bənzətmə peyzajlarda yaxşı görünə bilər, əslində isə müasir gözəllik qanunları ilə uzlaşmır. Elə bu səbəbdən də respublikanın əksər sakinləri, xüsusilə qadınlar ideal qərb standartlarına uyğun buruna sahib olmaq üçün plastik əməliyyat etdirir, həddindən artıq iri olan burunlarından xilas olmağa çalışırlar.

Virtualaz.org xəbər verir ki, inosmi.ru saytı bununla bağlı araşdırma aparıb və məlum olub ki, Ermənistan əhalisinin böyük əksəriyyəti rinoplastika etdirərək burnunu standart formaya salmaq üçün növbəyə düzülüb.

"Ölkə kimi, biz qərb standartlarına uyğunlaşmağa çalışırıq. Bu həmçinin gözəlliyə də aiddir”, — deyə Yerevan plastik cərrahı, 16 ildir burun əməliyyatları edən Kristina Qriqoryan bildirir. — Biz əvvəlki kimi erməni olduğumuzla fəxr edirik, amma bu üz cizgisilə əvvəlkindən daha az fəxr edirik.

Ermənistanda burun əməliyyatları ilə bağlı rəsmi statistika yoxdur, amma bəzi məlumatlar onu göstərir ki, rinoplastika (burunun formasının korreksiyası üzrə plastik əməliyyat) bu ölkədə gündən-günə daha da məşhurlaşır: Qriqoryan klinikasında ildə təxminən 500 belə əməliyyat aparılır. Bu beş il əvvəllə müqayisədə xeyli çoxdur. Əvvəllər il ərzində 150-200 belə əməliyyat həyata keçirilirdi. Bundan başqa, Ermənistanda belə xidməti təklif edən klinikaların sayı da artıb.

Rinoplastika dəbi nisbətən yeni hadisədir. Sovet dövründə plastik cərrahlar əsasən faciəli hadisələr nəticəsində xoşagəlməz hala düşmüş insanların üzərində işləyirdilər. 1988-ci il Ermənistanda baş verən dağıdıcı zəlzələ bu cərrahiyyənin xidmətlərinə tələbatı artırdı.

Mənbə yazır ki, plastik cərrah Danielyan Ermənistanda ilk belə əməliyyatlar keçirməyə başlayıb. 2002-ci ildə o, "Ən böyük erməni burnu" müsabiqəsini təşkil edib. Müsabiqə nətcəsində qalib gələn şəxsə əməliyyat hədiyyə olunurdu. Hesablamalara görə, hazırda hər il təxminən 1,5 min belə əməliyyat keçirir, amma prosedurların sayı ölkədə iqtisadi situasiyadan asılı olaraq dəyişir.

Erməni burnu...


Ermənistanda burun əməliyyatları o qədər adi hal alıb ki, bu ölkəyə burun əməliyyatı üçün başqa ölkələrdən də insanlar axışır. Bu həm də qiymət amili ilə bağlıdır.

Tibbi turizm paketləri təklif edən şirkətin həmtəsisçisi və rəhbəri Rafi Elliott qeyd edir ki, erməni diaspora nümayəndələri Ermənistana, bir qayda olaraq, məhz rinoplastikanı etmək üçün gəlirlər.

Bu millətin milli şüuruna yeridilmiş qürur mənbəyi olan "erməni burunundan" qurtulmaq arzusu məntiqsiz görünə bilər. Kiçik burun sahibi olan Danielyan qeyd edir ki, indi insanlar daha çox burnun üzün tipinə yaxınlaşdırmaq üçün çalışırlar və təkcə məşhur kiçik "slavyan" burununu sifariş etmirlər. Bu sifarişlər arasında məşhur Hollivud ulduzu Ancelina Colinin burunu sifariş edənlər də tapılır.

Bu zaman ortaya maraqlı sual çıxır: Ermənistanda kütləvi burun əməliyyatları "erməni burununu" təhlükə altında qoymurmu? Cərrah Danielyan suala cavab olaraq deyir ki, o dəfələrlə burnunu əməliyyat etdirmək üçün gələn pasiyentlərinin əməliyyat olunan burnun formasının gələcək övladlarına keçə bilməsindən narahat olduqları ilə qarşılaşıb. Cərrah pasiyentlərə izah edir ki, plastik prosedurlar heç vaxt genlərə təsir etmir, ona görə uşaqlar qədim xüsusiyyətlərə malik doğulacaqlar.

Bundan başqa, Ermənistanda bəzi qadınlar bu yeni trendə qarşı getməyə üstünlük verirlər. Estrada müğənnisi Silva Akopyan buna nümunə ola bilər. O, burnunu əməliyyat edəcəyi ilə bağlı yayılan fikirləri təkzib edərək bunun şayiə olduğunu və burnu ilə fəxr etdiyini demişdi.

Amma, cərrah Danielyanın sözlərinə görə, Ermənistanda əksər qadınlar burunları ilə bağlı narahatlıq keçirirlər. Çünki üzün tipik erməni xüsusiyyətləri onların öz şəxsi həyatlarına mane olur. Cərrah bildirir ki, onun pasiyentlərinin əksəriyyəti məhz ərə getmək üçün böyük burundan qurtulmağa çalışırlar. Çünki bu burunla əkər hallarda ər tapmaq mümkün olmur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *