Çində H7N9 həyacanı
Çinin cənub mahalı Quandunda bu ilin əvvəlindən H7N9 quş qripinə yoluxanların sayı 30-a çatıb.
ANS PRESS-in məlumatına görə, yerli mətbuat bu gün yazır ki, xəstəlikdən həyatını itirən də var.
Bu diaqnozda olan 48 yaşlı pasient Szeyan şəhərində artıq həyatını itirib, daha bir neçə xəstənin isə vəziyyəti kritikdir.
Mütəxəssislərin güman edirlər ki, xəstəliyə əsas yoluxma səbəbi insanların quşlarla təmasada olmasıdır.
Hazırda Quandunda xəstəliyin müəyyənləşdiyi rayonlarda olan fermalarda quşların kütləvi məhv edilməsi prosesi yaşanır. Hər yerdə canlı quş satışına qadağa qoyulub.
Hökümət bu il fevralın 19-na rəsadüf edən ay təqvimi ilə yeni ilin gəlişi olan Cunze bayramı ərəfəsində əhali arasında təhlükəli xəstəliyin tez yayılmasından narahatdır. Bu bayramda toyuq ətindən hər hansı bir təam çinlilərin bayram süfrəsində mütləq olur. Bu zaman çox insan diri toyuq almağa üstünlük verir.
Qeyd edək ki, ÇXR-də quç qripinə ilk yoluxma halı 2013-cü ilin mart ayında siaqnoz olunub. Keçən il H7N9 virusuna 120 nəfər yoluxub. Onlardan 39-u həyatını itirib.
Bu günə kimi xəstəliyin insandan-insana hava və damcı yolu ilə keçməsi barədə şahidlik yaşanmayıb. Lakin mirobioloqlar virusun deformasiyaya uğrayaraq mutasiya etməsi təqdirində bu halı da mümkünsüz saymırlar.
Mənbə:> ANSPRESS