DTX: Biz “Avis” apteklərində xüsusi əməliyyat keçirməmişik » AzNews.info -Xəbər portalı

Bölmə: Səhiyyə, Kriminal

DTX: Biz “Avis” apteklərində xüsusi əməliyyat keçirməmişik

DTX: Biz “Avis” apteklərində xüsusi əməliyyat keçirməmişik


Bizim Xidmət “Avis” apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməyib. Bu barədə yayılan məlumat həqiqəti əks etdirmir.

Oxu.Az xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Avis” apteklər şəbəkəsində xüsusi əməliyyat keçirməsi və həbs olunanların olduğu barədə bəzi KİV-lərdə yayılmış məlumatla bağlı virtualaz.org-un sorğusuna cavab olaraq Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər.

Qeyd edək ki,bir az əvvəl musavat.com Dövlət Təhlükəsizlik Xidməti tərəfindən “Avis” apteklər şəbəkəsində xüsusi əməliyyatın keçirildiyi, həbslərin aparıldığı və hətta Avis-in baş direktorunun Azərbaycandan qaçdığı barədə məlumat yayıb.

Onu da qeyd edək ki, “Avis” Tibbi Marketlər şəbəkəsi Azərbaycanda fəaliyyətə 1998-ci ildən başlayıb. Ötən 8 il ərzində şirkət Bakıda 9 aptek açıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *