Böyük Britaniyada selfi asılılığına qarşı həb yazırlar
Britaniyanın AntiSelfieTabs.com internet mağazasında satışda selfi asılılığından əziyyət çəkənlər üçün həblər peyda olub, “Metro” məlumat yayıb.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, nanə dadı verən həblər dərman effektinə malik deyillər, sadəcə nəfəsi təravətləndirirlər, amma öz şəkillərini həddən artıq çox çəkən adamlar üçün bu, zarafatyana hədiyyə ola bilər.
Preparatın təsvirində üstünlükləri sadalanıb, onların sırasında dərmanın qiymətinin ucuz olması, unikallığı, yeniliyi, eləcə də anonim göndərilməsi də qeyd edilib. Selfi asılılığından azad olmaq üçün qadınlara gündə üç dəfə, kişilərə isə gündə iki dəfə qəbul etmək tövsiyə edilir.
Nanəli həbləri mağazanın rəsmi saytından 9,99 funta (15 dollara) sifariş etmək olar. Beynəlxalq, o cümlədən də Rusiyaya çatdırılma 2,99 funta (4,5 dollara) başa gələcək. Bir bağlamada 36 nanəli konfet var, eyni zamanda maksimum beş bağlama sifariş etmək mümkündür.
Mənbə:> Oxu.Az