Azərbaycanın ən ağıllı abiturientləri » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Təhsil, Video

Azərbaycanın ən ağıllı abiturientləri – VİDEO

Azərbaycanın ən ağıllı abiturientləri


I və IV ixtisas qrupu üzrə ali məktəblərə qəbul imtahanlarının nəticələri açıqlandı.

AzNews.info-nun xəzərxəbər-ə istinadən məlumatına görə, imtahanda 9 nəfər maksimum nəticə göstərdi, yəni 700 bal topladı. Vunderkindlər bakı, sumqayıt, naxçıvan, bərdə və zaqatala məktəblərinin məzunlarıdır. Onlardan ikisi ilə sizi tanış edəcəyik

Öyrəndiklərindən sınağa çəkildilər və ən yüksək nəticəni əldə etdilər. Abbasov Nihad və İsmixanov Teymur I qrup üzrə maksimum nəticə göstərərək 700 bal toplayıblar. İsmixanov Teymur deyir ki, o həm dərslərinə, həm də istirahətinə eyni vaxt ayırıb.

Teymur Azərbaycan diplomatik Akademiyasını seçməyi düşünür. O, təhsilini ikinci kursdan xarici ölkərin birində davam etdirmək arzusundadır. Teymurun qalibiyyətinə valideynləri təəccüblənməyib. Teymur məktəbə hazırlaşanlar üçün də bəzi məsləhətlər verib.

Çempionlardan biri də Qubadlı rayonun Aşağı Mollalı kənd məktəbinin məzunu Nihad Abbasovdur. Nihad 700 bal toplayacağına öncədən əmin imiş. O, 9-cu sinifi fərqlnəmə, 11-ci sinifi isə əla qiymətlərlə bitirib. Nihadın həm anası, həm də müəlliməsi Sevinc Həmzətovanın da sevincinin həddi hüdudu yoxdur. Nihad artıq oxumaq istədiyi universiteti də seçib Nihad magistr təhsilini xaricdə almaq istəyir.

Digər vunderkindlər isə Məcidov Nurlan, Abduyev Firuz, Məmmədli İsa, Mahmudova Asya, Həsənli Arzu Və Əliyeva Nərmindir. Ümumilikdə maksimum bal toplayan abituriyentlər Bakı, Sumqayıt, Naxçıvan, Bərdə və Zaqatala məktəblərinin məzunlarıdır.

Mənbə: Xəzərxəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *