Belçikada Azərbaycan 50 qəpikləri...2 avro yerinə işlənir?
“Ölkəmizdə xarici valyutaya aid dəmir pullar dövriyyədədir. Onlar 2 avrodan o qədər də fərqlənmir və çox rahat bu və ya digər yerlərdə istifadə olunur”.
Lent.az-ın məlumatına görə, bu barədə Belçikada nəşr olunan “Het Laatste news” qəzeti xəbər yayıb.
Xəbərdə qeyd olunur ki, söhbət Azərbaycana məxsus 50 qəpikliklərdən gedir. Yazıda o da bildirilir ki, 50 qəpikliklər Belçikanın Audenarde şəhəri yaxınlığındakı Eynem qəsəbəsində yerləşən bir kafedə aşkarlanıb.
Sonradan məlum olub ki, Belçikanın bir neçə şəhərində də 2 avro əvəzinə Azərbaycan qəpiyindən istifadə edilib. “Kafe sahibi Bart de Loof deyir ki, bu saxtakarlığı aşkarlayanda şoka düşüb. Heç bir avtomat da bu saxtakarlığı tuta bilməyib. Onların arasındakı fərqi yalnız diqqətlə baxdıqda görmək olur. Ancaq belə xırda pulu müştəridən alarkən kimsə ona diqqət yetirmir”.
Mənbə:> Lent.az