Lexus uçan hoverbord lövhəsinin yaradıldığını elan etdi – VİDEO
Lexus maqnit levitasiya əsasında hoverbordun (uçan lövhənin) yaradılmasını elan edib.
Oxu.Az Lenta-ya istinadən xəbər verir ki, bu barədə şirkət öz YouTube akkauntunda paylaşdığı çarxda bəyan edib.
Videoda adi skeytbord sürən adam təsvir edilib, sonra ekranda yol üstündə pərvazlanan lövhə görünür. Çarx kişinin bu lövhənin üzərinə ayağını qoyması ilə sona çatır. Amma onun sürdüyü göstərilmir. Videonun titrlərində “Geriyə gələcəyə” filmindəki hoverbordun analoqunun yaradılması bəyan edilir.
Şirkətin saytında dəqiqləşdirilir ki, lövhə maqnit levitasiyası sayəsində işləyir. Videoda lövhədən buxar çıxdığı görünür.
Maqnit levitasiyasını yaratmaq üçün dillemanı həll etmək lazımdır. Lövhəni qaldırmaq üçün yüksək ötürücü maqnit sahəsinə yerləşdirilməlidir. Ötürücünün insanın çəkisinə tab gətirməsi üçün maqnit sahəsinin gərginliyi yüksək olmalıdır. Lexus ixtiranın təfərrüatlarını gələcəkdə açıqlamağı vəd edir.
Hoverbord mövzusu son illər məşhur olub. Bunu “Geriyə gələcəyə” filminin ikinci hissəsindəki hadisələrin 2015-ci ildə baş verdiyi ilə izah etmək olar. Texniki inkişaf kompakt nasoslar vasitəsilə hoverbordlar yaratmağa imkan verdi, amma onlar zəriflikdə fantastik trillerdə göstərilən hoverbordlardan çox uzaqdırlar.
Mənbə:> Oxu.Az