Mafiya liderinin toyu oldu
Türkiyənin tanınmış mafiya lideri Sedat Pekerin toyu olub. ANS PRESS-in məlumatına görə, daha əvvəl mütəşəkkil cinayətkar dəstə qurmaq və bu qrupa liderlik etmək ittihamı ilə 14 il 5 ay 10 gün həbs cəzasına məhkum olunan Peker 2005-ci ildə Kandıra həbsxanasında vəkili Özge Yılmaz ilə ailə həyatı qurmuşdu. Ötən ilin mart ayında həbsxanadan çıxan Sedat Pekerin ötən axşam İstanbul Ortaköydə yerləşən “Esma Sultan” malikanəsində toyu olub.
Mənbə:> ANSPRESS