Xanım xüsusi təyinatlımızı kim və niyə qaçırdı? – VİDEO+FOTO
Azərbaycanın ilk xüsusi təyinatlı xanım qrupunun hərbçisi, eyni zamanda «II Vice Mrs. Top of the World-2015» titulunun sahibi, azərbaycanlı model Tehranə Bəhruzini qaçırıblar.
AzNews.info xəbər verir ki, hadisələr Azərbaycanın vətətnpərvər ruhda çəkilmiş "Mübariz" serialında cərəyan edir. Serialın bugünkü sayında Tehranə Bəhruzinin filmdə canlandırdığı Nastya obrazını qaçıracaqlar. Çünki bütün sirrlərin açarı ondadır. Bu və digər maraqlı anları qaçırmamaq üçün filmin bugünkü seriyasını izləməyi təklif edirik.
Qeyd edək ki, filmin adı təsadüfən seçilməyib. Burada məqsəd odur ki, azərbaycanlıların gələcək nəsilləri də müharibədə erməni hərbçilərlə qeyri-bərabər döyüşdə həlak olan Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimov kimi döyüşçü olsun. Filmin baş qəhrəmanı Azərbaycan ordusunun xüsusi təyinatlı bölməsində xidmət edir. O, vaxtilə Mübariz İbrahimovun cəsədinin qaytarılmasında şəxsən etmişdi. Filmdə KİV nümayəndələrinin çəkdikləri kadrlardan da istifadə edilib.
Filmin əsas süjet xətti Azərbaycan Respublikasının Milli Ordusunda xüsusi təyinatlı bölmədə xidmət edən Mübariz Hüseynovun ətrafında cərəyan edir. Şəhid Mübariz İbrahimovun cəsədinin Azərbaycan tərəfinə qaytarılmasında məhz Mübariz Hüseynov bilavasitə iştirak edir və əməliyyatı uğurla başa çatdırır. Moskvada yaşayan və ticarətlə məşqul olan Həsən (qəhrəmanımızın qardaşı) erməni diasporu tərəfindən həyata keçirilən kef məclisində əyləncə naminə amansızcasına qətlə yetirilir və bu, bədbəxt hadisə kimi qələmə verilir. Bu qətlə məharətlə don geydirən ermənilər hadisənin ört-basdır edildiyini düşünsələr də, Mübariz Hüseynov qatillərin izinə Nastya (Həsənlə ticarət əlaqəsi olan biri) adlı qızın vasıtəsi ilə düşür və baş verən hadisəni araşdırmağa başlayır.
Filmin ssenari müəllifi və rejissoru Rəşad Süleymanoğlu, bədii rəhbəri Elmar Bayramov, quruluşçu operatoru Məhəmməd Ağadır. Rollarda Murad Abdullayev, Əli Araşdırmalar onu Moskvada şaxələnən erməni diasporu ilə üz-üzə qoyur. Əsl düşmənin səngərlərdə döyüşən erməni əsgərlərinin deyil, əksinə dünya erməniçiliyini inkişaf etdirən və bu yolda cinayətlər törətməkdən belə çəkinməyən erməni lobbisi və diasporunun olduğu üzə çıxır. Qardaşının qatilini araşdırarkən Mübariz ermənilərin Moskvada törətdikləri bir çox cinayətləri faş edir və qisas almaq qərarına gəlir.
Mənbə:> AzNews.info