5 meqapolisdə çəkilmiş yerli film tezliklə yerli kinoteatrlarda – VİDEO + FOTO
Mübarizə - Qəhrəmanları inancları idarə edir...
Yaxın günlərdə yerli kinoteatrlarda "Mübarizə" filminin nümayişinə start veriləcək. Bu barədə AzNews.info-ya filmdə rollarda yer almış Azərbaycan ordusunun ilk xüsusi təyinatlı qadınlarından olan, model Tehranə Bəhruzi məlumat verib. Qeyd olunan filmin kadrları Moskva, Nyu-york, Paris, İstanbul kimi şəhərlərdə çəkilib və miqyasına görə müasir Azərbaycan kinomatoqrafiyasında mühüm yer sahibi olacaq.
AzNews.info xəbər verir ki, filmin əsas süjet xətti Azərbaycan Respublikasının Milli Ordusunda xüsusi təyinatlı bölmədə xidmət edən Mübariz Hüseynovun ətrafında cərəyan edir.
Şəhid Mübariz İbrahimovun cəsədinin Azərbaycan tərəfinə qaytarılmasında məhz Mübariz Hüseynov bilavasitə iştirak etmiş və əməliyyatı uğurla başa çatdırmışdır. Film boyunca KİV-də yayımlanan sənədli kadrlardan istifadə olunub. Moskvada yaşayan və ticarətlə məşğul olan Həsən erməni diasporası tərəfindən həyata keçirilən kef məclisində, əyləncə naminə amansızcasına qətlə yetirilmiş və bədbəxt hadisə kimi qələmə verilmişdir. Bu qətlə məharətlə don geydirən ermənilər hadisənin ötr basdır etdiyini düşünsələr də, Mübariz Hüseynov qatillərin izinə Nastya (Həsənlə ticarət əlaqəsi olan biri) adlı qızın vasıtəsi ilə çıxır və baş verən hadisəni araşdırmağa başlayır.Araşdırmalar onu Moskvada şaxələnən erməni diasporası ilə üz-üzə qoyur. Əsil düşmənin kökü səngərlərdə döyüşən erməni əsgərlərinin deyil, əksinə dünya erməniçiliyini inkişaf etdirən və bu yolda cinayətlər törətməkdən belə çəkinməyən erməni lobbisi və diasporasının olduğu üzə çıxır. Qardaşının qətlini araşdırarkən Mübariz ermənilərin Moskvada törətdikləri bir çox cinayətləri faş edir və qisas almaq qərarına gəlir.Mübariz də cinayətkarlardan qisas alarkən onların öz metodu ilə yəni hər bir ölüm hadisəsinə müxtəlif bədbəxt hadisə donu geyindirir.Bu yolda ona uşaqlıq dostu olan Həmzə kömək edir.Bir çox əməliyyatları məhz Həmzənin vasitəsi ilə həyata keçirən Mübariz bu yolda Azərbaycan diasporasının köməyini hiss edir.Azərbaycandakı müxalif qüvvələrin,müstəqil jurnalist,blogger və sairə kimilərin qərbin əli ilə maliyyələşdirilməsinin arxasında məhz erməni diasporasının da əli olduğu aşkara çıxır.Bu yolda ilk olaraq Mübariz Nastyanı oğurlayır və Nastyanın simasında Qarabağ mövzusunda erməni “həqiqətlərinə” tuş gəlir.Amma tarixi,dini, beynəlxalq hüquq istiqamətində bilgiləri dərin olan Mübariz Nastyanın düşüncəsini dəyişdirir.Mübarizin səbrinə,əzminə,məharətinə,elminə,təvazökarlığına heyran olan Nastya Mübarizə aşiq olur.Amma həyat tərzini mənəvi dəyərlər üzərində qurmuş Mübariz qətlə yetirilən qardaşı Həsənin və təmas xəttində qətlə yetirilən şəhid qardaşlarının qisasından başqa heç bir şey düşünmür.
Qeyd edək ki, filmin ssenari müəllifi və rejissoru Rəşad Süleymanoğludur. Filmdə baş rollarda Murad Abdullayev, Əli Nəcəfi, Tehranə Bəhruzi, Aleksandra Biryukova yer alıblar. Filmin bədii rəhbəri Elmar Bayramov, quruluşçu operatoru Məhəmməd Ağadır. Montaj İlkin Eminov, Səbuhi Sadiqov və Məmmədağa Vəliyev tərəfindən həyata keçirilib.
Post by aznews.info.
Mənbə:> AzNews.info