Əcnəbi müğənnilərin Bakıda çəkdirdiyi kliplər » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, Maqazin, Video

Əcnəbi müğənnilərin Bakıda çəkdirdiyi kliplər – VİDEO

Əcnəbi müğənnilərin Bakıda çəkdirdiyi kliplər


Qafqazın ən gözlə şəhərlərindən sayılan Bakı öz müasirliyi, eyni vaxtda tarixi-memarlıq nümunlərinin zəngilniyi ilə daim kliplər üçün gözlə fon axtaran musiqüçilərin, kinomatorafçıların diqqətini cəlb edib. Bu mənada dünyanın, əsasən də Rusiya və Türkiyə şou-biznesinin məşhurları öz musiqili klipləri üçün Bakını əsas çəkiliş meydanına çeviriblər.

AzNews.info Modern.az-a istinadən Bakıda çəkilən əcnəbi klipləri təqdim edir:

Sati Kazanova və Arsenim - “Do rassveta”
2014-cü il aprelin sonlarında Rusiya estradasının ulduzu, “Fabrika” qrupunun keçmiş üzvü Sati Kazanova Avropada da böyük populyarlıq qazanmış moldovan əsilli “Arsenium”la ortaq duaetləri olan “Do rassveta” klipinin çəkilişləri üçün Bakıda olmuşdular. Klip Bakının əksər məkanlarında, İçərişəhərdə, Dağüstü parkda, Xəzər dənizində və “Sea Breeze” mehmanxanasında çəkilmişdi. Rejissorlar Taras Qolubkov və Pavel Kildaunun mahnıya çəkdikləri klip tamaşaçıların da xoşuna gəlib. “Do rassveta” klipinə yalnız Youtube portalındakı baxış sayı 15 milyonu keçib. Sözsüz ki, klipin uğurlu alınmasında çəkiliş məkanının - Bakinin önəmli rolu var.



Alsu – “Olı yulnun tuzanı” (“Uzun yolun tozu”)
Rusiya estradasının tatar əsilli ulduzu Alsu isə doğma tatar dilində yazılan “Olı yulnun tuzanı” (“Uzun yolun tozu”) mahnısına klpi çəkmək üçün Bakıya təşrif buyumuşdu. Çəkilişləri daha çox Bakıətrafı qəsəbələrdə gerçəkləşən klip Rusiya musiqi ictimaiyyətinə 2012-ci ilin dekbarında təqdim olunmuşdu və kifayət qədər populyarlıq qazanmışdı.



Alsu və Noel - “Lyubov”
“Olı yulnun tuzanı” klipinin uğur qazanmasında sonra müğənni Alsu və onun əksər kliplərinin rejissoru Mariya İbrahimova Bakıya tez-tez səfər ediblər. Şəhərin ab-havasını və görkəmini ideal hesab edən Mariya İbrahimova rusiyalı müğənni üçün Bakıda daha 3 klip çəkib. “Net tebya doroje”, “Ostansya” kliplərindən sonra cütlüyün Bakıda çəkdiyi son ekran işi 2014-cü ilin noyabrında təqdimatı olan “Lyubov” mahnısına çəkilən klipdir. Çəkilişlərin əsas hissəsi Bakı İncəsənət Muzeyinin binasında baş tutub.



Mahsun Kırmızıgül – “Ay Aman”
Türkiyəli sənətçilər son illər Bakıdan klip meydançası kimi geniş istifadə etsələr də, bu sahədə ilk “pioner” Mahsun Kırmızıgül hesab olunur. 2010-cu ildə müğənni “Ay aman” mahnısı üçün klipini Bakıda çəkdirmişdi. Əsas çəkiliş meydançaları tarixi İçərişəhər və Bakı metropoliteninin “Nizami” stansiyaları olub.



Mandiga – “Papi Chulo”
2012-ci il sentyabrın 9-da Rumıniyadan olan musqi qrupu “Mandiga” “Papi Chulo” (“Mənim əzizim”) adlı mahnıya çəkilən klipi təqdim edib. Həmin il Bakıdakı “Eurivision” mahnı musabiqəsində Rumıniyanı təmsil edən qrup uğursuzluğa düçar olduğu yarışlardan sonra Bakıda klip çəkmək qərarına gəlmişdi. Çəkilişlər İçərişəhərdə və atəşgahda aparılmışdı. Klipin bir hisəsi isə Yunanıstanın Krit adasında çəkilmişdi.


Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *