Rusiyada tanınmış klubun futbolçusu ölü tapıldı
Rusiyanın “Lokomotiv” klubunun gənclərdən ibarət komandasının yarımmüdafiəçisi ölü tapılıb.
Oxu.Az xəbər verir ki, Aleksey Lomakinin meyiti dekabrın 2-də Moskvada aşkar edilib.
Bildirilir ki, futbolçu noyabrın 30-da yoxa çıxıb. M. Lomakinin anası deyib ki, oğlu tibbi prosedurlardan keçmək üçün klubun Mədəniyyət Sarayına yollanıb və orada gecələyib. Bundan sonra ondan heç bir xəbər olmayıb.
Mənbə:> Oxu.Az