Sevgili vakansiyası: ayda 60 min qazanmaq imkanı – FOTO
İngiltərənin ən gənc milyonçusu Ceyn Parker onu sevəcək şəxsə ildə 60 min funt-sterlinq ödəyəcək.
Qaynarinfo xəbər verir ki, 17 yaşında lotoreyada 1 milyon funt qazanan Ceyn Parker milyonçu olandan sonra yaşadığı münasibətlərdə xoşbəxt olmadığını bildirib. Parker sevgililərinin onu, yoxsa pulunu sevdiyini müəyyənləşdirə bilmədiyini və bu səbəbdən ayrılıqlar yaşadığını bildirib. Ceyn varlanandan sonra TV ulduzu Sam Kallahen ilə münasibət yaşayıb, lakin xəyanətə uğradığı üçün sevgilisindən ayrılıb.
Qeyd edək ki, Ceyn Parker internet vasitəsilə onu sevəcək şəxsi tapmağa və kiminlə evlənəcəyinə qərar verməyə çalışacaq.
Mənbə:> Qaynarinfo.az