Almaniya polisi meyiti tapmaq üçün gölü qurudacaq
Almaniyanın Osterholts rayonunda 25 il əvvəl yoxa çıxmış qadının axtarışları çərçivəsində Tityenze gölü qurudulacaq.
Oxu.Az NDR telekanalına istinadla xəbər verir ki, polis gölün dibində 1993-cü ildə itkin düşən qadının qalıqlarını və cinayət alətini tapmaq niyyətindədir. Qadının tapançadan açılan atəş nəticəsində öldüyü ehtimal olunur.
Polis əməkdaşlarının ehtimallarına görə, qadını birgə yaşadığı 58 yaşlı kişi qətlə yetirə bilər.
İlkin hesablamalara əsasən, gölün qurudulması üçün 3-5 gün tələb olunacaq.
Ümumilikdə yaxınlıqda yerləşən Vezer gölünə 35 milyon tonn su köçürüləcək. Əməliyyat başa çatdıqdan sonra isə su yenidən Tityenze gölünə axıdılacaq.
Mənbə:> Oxu.Az