Okeanın dibində çəkilən UNO-ların görüntüsü mediaya necə sızıb? – VİDEO
Bu günə qədər UNO-lara daha çox səmada rast gəlindiyinə dair məlumatlar yayılıb. Yadplanetlilərin yalnız səmada dolaşdığına dair təsəvvürlərimiz, sən demə, doğru deyilmiş.
Atlantik okeanının dərinliklərində də UNO-lara rast gəlinib.
Amerikan Dəniz dibini araşdırma mərkəzi olan "USS Trepang" Atlantik okeanının dərinliklərində UNO-lara aid olduğu bildirilən görüntüləri qeydə ala bilib.
Görüntülər ilk dəfə Fransanın "Top Secret" jurnalında yayımlanıb. Aleks Mistretta adlı araşdırmaçı görüntülərin 1971-ci ildə "USS Trepang SSN 674" qrupu tərəfindən çəkildiyini iddia edib.
"1971-ci ilin martında ABŞ Hərbi Dəniz Donanması bağlı "USS Trepang (SSN 674)" adlı admiral Dean Reynolds Sackettin komandası Atlantik okeanında İslandiya və Jan Mayen adaları arasında mühafizə xidmətini həyata keçirib. Bölgə Norveçə aid olduğu üçün bu ölkənin Meteoroloji İnstituti və hərbçiləri dəniz səfərinə cəlb olunub. Məlumatların kənara sızması da məhz norveçlilərin sayəsində olun", deyə Aleks Mistretta bildirib.
Mənbə:> Teleqraf.com