Abşeronda 158 yaşlı mayak fəaliyyət göstərir – VİDEO
Azərbaycanda mayakların tikintisinə hələ XIX əsrdə başlanılıb. Onların içərisində 158 yaşı olan Abşeron mayakı xüsusilə diqqəti cəlb edir. Bu mayak saçdığı işıqla uzun illərdir Xəzər dənizində üzən gəmilərin təhlükəsiz şəkildə sahilə yan almasına kömək edir.
Abşeron sahillərində mayakların yaradılması ideyası hələ 1852-ci ildə Qafqaz canişinliyi tərəfindən irəli sürülsə də, vəsait çatışmazlığı səbəbindən bu təklif həyata keçməyib.
Bu məqsədlə Abşeronun şimal sahillərində üç mayak - Abşeron, Nardaran və Şüvəlan mayakları inşa edilib. İlk tikilən mayak da məhz Abşeron mayakı olub.
Bu da gəmilərin Abşeron yarımadası və Pirallahı adası arasındakı boğaza təhlükəsiz girişini təmin edib
XXI əsrdə naviqasiya sisteminin sürətli inkişafı ilə əlaqədar mayaklara ehtiyac azalıb.
Mənbə:> Xezerxeber.com