Parisin "Expo-2025"ə namizədliyi geri götürülüb
Parisin "Expo-2025" Ümumdünya Sərgisinə namizədliyi geri götürülüb. Bu barədə bu gün Fransanın "Journal du Dimanche" qəzeti məlumat yayıb.
Fransa baş naziri Eduard Filipp bununla bağlı "Expo-2025" Təşkilat Komitəsinə məktub yazıb. Məktubda Parisin namizədliyini geri götürməsinin səbəbi kimi maliyyə durumu göstərilib. E.Filipp tədbirin keçirilməsi üçün zəruri olan biznes tərəfdaşlarının da çatışmadığını qeyd edib.
Xatırladaq ki, Fransa 2017-ci il sentyabrın sonlarında "Expo-2025"-nin təşkili ilə bağlı namizədliyini irəli sürüb. Müraciətdə bildirilmişdi ki, sərgini 35-65 milyon insan ziyarət edə bilər.
Hazırda "Expo-2025" sərgisinin keçirilməsinə namizəd ölkələr Azərbaycan, Yaponiya və Rusiyadır. Sərginin keçirilməsi hüququ qazanmış ölkənin adı bu ilin noyabrında açıqlanacaq.
Mənbə:> Virtualaz.org