İranlı azarkeşlər rus jurnalistə yalvarır: “Açıq-saçıq geyinmə” » AzNews.info -Xəbər portalı

Bölmə: Maraqlı, İdman, Futbol

İranlı azarkeşlər rus jurnalistə yalvarır: “Açıq-saçıq geyinmə”

İranlı azarkeşlər rus jurnalistə yalvarır: “Açıq-saçıq geyinmə”


Dünya futbolsevərlərinin həyacanla gözlədiyi Dünya çempionatının püşkatma mərasimi sabah keçiriləcək. Fanat.Az xəbər verir ki, mərasimi fanatlara veteran futbolçu Hari Linekerlə rus idman jurnalisti Mariya Komandnaya təqdim edəcək.

Püşkatma mərasimi yaxınlaşarkən iranlı futbol azarkeşlərinin də narahatlıqları artır. Mərasimi İranda dövlət televiziyası İRİB yayımlacaq. Ölkədəki yayım qaydalarına əsasən qadınlar efirə yalnız qapalı geyimlərdə çıxabilər və paltarlar istənilən qədər qapalı olmadığı halda yayım dayandırılır.

Bu səbəbdən iranlı azarkeşlər püşkatmanı izləyə bilməməkdən qorxur. Artıq iranlı fanatlar sosial media vasitəsi ilə Mariya Komandnayaya mesaj yazaraq açıq-saçıq geyinməməyi xahiş edirlər.

Qeyd edək ki, Almaniyada keçirilən “DÇ-2006″nın püşkata mərasimi zamanı alman model Heydi Klumun paltarı, Braziliyada baş tutan “DÇ-2014″ün püşkatması zamanı isə samba rəqqasları səbəbindən İranda yayım bir neçə dəfə kəsilmişdi.

Mənbə: Fanat.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *