Hərbçilərin güləş üzrə dünya çempionatının bağlanış mərasimi keçirilib – FOTO
Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında təşkil edilən hərbçilərin güləş üzrə 31-ci dünya çempionatının bağlanış mərasimi keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, tədbirdə CİSM-in nümayəndəsi polkovnik Nelson Lopezin çıxışından sonra Makedoniyanın Müdafiə naziri Zoran Jolevski yarışları bağlı elan edib.
35 ölkədən 300-dən çox idmançının iştirak etdiyi hərbçilərin güləş üzrə 31-ci dünya çempionatında Azərbaycanın Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandası ümumi hesabda 53 xal toplayaraq yarışları ikinci yerdə başa vurub.
Mənbə:> Oxu.Az