Yaponiyalı dizayner “ağıllı” divar təqvimi hazırlayıb
Yaponiyalı dizayner Koşo Tsuboi smartfonla sinxronlaşdırılan və planlaşdırılmış işlər haqqında informasiyanı əks etdirən “ağıllı” divar təqvimi hazırlayıb.
AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, elektron mürəkkəb (e-ink) texnologiyası əsasında işləyən təqvim “Google” şirkətinin Yaponiyada fəaliyyət göstərən “Android Experiments” proqramı çərçivəsində yaradılıb.
“Google Calendar” proqramı ilə sinxronlaşdırılan, ay və ya gün üçün cədvəli əks etdirən “Magic Calendar” zahirən adi kağız təqvimi xatırladır.
Qurğunun satışa çıxarılma tarixi və digər təfərrüatlar hələlik məlum deyil.
Mənbə:> AzərTAc