Rusiya məktəbliləri bu gün – FOTO
Rusiyada çərşənbə axşamı - sentyabrın 1-də Bilik günü qeyd edilir, bu həm də yeni tədris ilinin başlanması deməkdir.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, sentyabrın 1-i yalnız Bilik günü deyil, həm də libasların nümayişi günüdür.
Ən azından yuxarı sinif şagirdləri və tələbələr üçün. Rusiyada qızlar hər il birinci dərsə (və ya ildə ilk leksiyaya) qarderobda ən yaxşı hesab edilən libasda gəlirlər.
Gənc gözəllərdən kim isə rəsmi üsluba üstünlük verir, kim isə dəblə ayaqlaşır.
Qəribədir: SSRİ çoxdan tarixə dönüb, amma çoxları hələ də o dövrün məktəb forması üçün nostalji hisslər keçirir. Ağ önlükdə şəkil çəkdirmək, demək olar ki, günün İnstagram trendidir. Bəzi istifadəçilər hətta saçlarını hörərək lent vurmağa belə tənbəllik etməyiblər. Və əlbəttə ki, qəhvəyi paltar və ağ corab (bəziləri qara, hətta köhnə məktəb qaydalarından kənara çıxaraq rəngli paltar da geyiniblər).
Onlar heç də 20-25 il öncə olan utancaq qızlar deyil. Onlar müasir, dəbli, qlamur qızlardır.
Oxu.Az sizə müasir rusiyalı məktəbli qızların şəkillərindən ibarət yığmanı təqdim edir.
Mənbə:> Oxu.Az