150 uşaq anası öldü » AzNews.info -Xəbər portalı

150 uşaq anası öldü

150 uşaq anası öldü


İkinci Dünya Müharibəsi zamanı Leninqrad mühasirəsindən təxliyə edilən 150 uşağı qəbul etmiş qadın dünyasını dəyişib.

ANS PRESS-in məlumatına görə, Toktoqon Altıbasarova Qırğızıstanda 91 yaşında ölüb. Onun ölümü ilə bağlı Qırğızıstan prezidenti Toktoqon Altıbasarovanın yaxınlarına başsağlığı verib.

Müharibənin ilk illərində 16 yaşlı Toktoqon ən savadlı insan kimi kənd sovetinin sədri təyin edilib. 1942-ci ildə Qırğızıstana Leninqrad mühasirəsindən uşaqlar göndəriləndə Altıbasarova həkimlərlə birlikdə uşaqlara baxaraq onların yaşını üzdən müəyyən etməyə çalışırdı və onlara ad, soyad qoyurdu. Çünki həmin uşaqların çoxu öz adlarını bilmirdilər.

1942-ci il avqustun 27-də isə Leninqrad mühasirəsindən təxliyə edilən daha 150 uşaq Qırğızıstana göndərilmişdi. Həmin uşaqlar yataqxanada qalırdılar və növbəti 10 il ərzində Toktoqon Altıbasarovanın himayəsində olurdular.

Toktoqon Altıbasarovanın özünün 8 övladı da var idi. İndi onun 23 nəvəsi və 13 nəticəsi qalıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *