SSRİ Xalq artistlərimiz: Eyni ildə və eyni gündə bu ada layiq görülən dörd dahi » AzNews.info -Xəbər portalı

Bölmə: Tarix, Mədəniyyət, Foto

SSRİ Xalq artistlərimiz: Eyni ildə və eyni gündə bu ada layiq görülən dörd dahi – FOTO

SSRİ Xalq artistlərimiz: Eyni ildə və eyni gündə bu ada layiq görülən dörd dahi


Keçmiş və 71 il ərzində yaşadığımız Sovetlər Birliyində tanınmış sənət adamlarının əməyinin, səhnə fəaliyyətlərinin qiymətləndirilməsi ilə bağlı bir sıra fəxri adların, rəsmi titulların, mükafatların verilməsi qərara alınmışdı.

Burada daha çox ideoloji məqsədlər və buxovlar nəzərdə tutulsa da, SSRİ və yerli 15 ittifaq respublikaları rəhbərləri tərəfindən bu adlara layiq görülən və ən əsası, bu adları haqq edən görkəmli, öz sənətlərinin fədailəri və xalqlarına daim başucalılğı, şöhrət gətirən sənətkarlar da az olmamışdı.

Qeyd edək ki, Sovetlər Birliyində SSRİ Xalq artisti ən ali fəxri ad, ən yüksək təltif idi və bundan üstünü yox idi. Eyni zamanda, hər böyük sənətkara bu ada layiq görülmək nəsib olmurdu.

Sovetlər Birliyi dövründə Azərbaycandan, yəni, milliyyətcə azərbaycanlı olan sənət korifeylərindən bu ada layiq görülənlər olmuşdu və qeyd edək ki, Cənubi Qazfqaz respublikaları arasında ən az SSRİ Xalq artisti adı alan məhz aərbaycanlılar idi.

Bunun da səbəbləri bəlli idi - azərbaycanlı olmaları və milli ayrı-seçkilik.

Bununla belə, qeyd etdiyimiz kimi, azərbaycanlılardan bu yükəsək ada layiq görülən sənət fədailərimiz olmuşdu və çox maraqlıdır ki, Azərbaycandan, azərbaycanlı sənət-mədəniyyət xadimlərindən üç nəfəri eyni ildə bu ada layiq görülmüşdülər.

Onlar dahi bəstəkar, böyük ədib, böyük mütəfəkkir, hər iki himnimizin musiqisinin müəllifi Üzeyir bəy Hacıbəyli, görkəmli opera müğənnisi, Azərbaycan professional vokal sənətinin banisi Bülbül və ilk professional Azərbaycan qadın müğənni (lirik koloratur soprano) Şövkət xanım Məmmədovadır. Onların hər üçü 1938-ci ildə SSRİ Xalq artisti adına layiq görülürlər.

Bundan uzun müddət, yəni, 11 il sonra - 1949-cu ildə Azərbaycanın teatr və kino aktyoru, SSRİ Dövlət mükafatı laureatı, böyük sənətkar Mirzəağa Əliyev və görkəmli aktyor Sidqi Ruhulla bu ada layiq görülür.

SSRİ Xalq artistlərimiz: Eyni ildə və eyni gündə bu ada layiq görülən dörd dahi
SSRİ Xalq artistlərimiz: Eyni ildə və eyni gündə bu ada layiq görülən dörd dahi


Düz 10 il sonra daha bir tarixi məqam yaşanır. Belə ki, Azərbaycan tarixində ilk dəfə dörd böyük sənət fədaisi eyni ildə, eyni gündə SSRİ Xalq artisti adına layiq görülür. 1959-cu ildə Sovetlər Birliyinin keçmiş rəhbəri Nikita Xruşşovun fərmanları ilə böyük bəstəkar Qara Qarayev, görkəmli kino-teatr xadimi Adil İsgəndərov, dahi maestro Niyazi və virtuoz sənətçi Rəşid Behbudov SSRİ Xalq artisti adı ilə təltif edilirlər.

İki il sonra -1961-ci ildə görkəmli aktyor, hamının “Böyük dayaq” filmindən Rüstəm kişi obrazı ilə daha çox yaddaşlarında qalan Ələsgər Ələkbərov bu ada layiq görülür.

1965-ci ildə daha iki azərbaycanlı korifey - aktrisa Hökumə Qurbanova və bəstəkar Fikrət Əmirov belə bir yüksək adla mükafatlandırılırlar. 1967-ci ilə opera müğənnimiz Firəngiz Əhmədova və Azərbaycan milli balet sənətinin əfsanəvi və klassik dühalarından olan Leyla Vəkilova SSRİ Xalq artisti adını alırlar.

SSRİ Xalq artistlərimiz: Eyni ildə və eyni gündə bu ada layiq görülən dörd dahi
SSRİ Xalq artistlərimiz: Eyni ildə və eyni gündə bu ada layiq görülən dörd dahi


Bunun üstündən altı il keçəndən sonra, 1973-cü ildə dahi bəstəkar, məşhur “Karvan” suitasının müəllifi Soltan Hacıbəyov və görkəmli Azərbaycan və sovet opera və estrada müğənnisi Müslüm Maqomayev SSRİ-nin ən ali fəxri adına layiq bilinirlər.

1974-cü il ildə yenə üç azərbaycanlı azman sənətçi - İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı və Mehdi Məmmədov SSRİ Xalq artisti fəxri adı ilə təltif olunurlar.

1977-ci ildə opera müğənnisi, “Koroğlu” obrazının Bülbüldən sonra ən gözəl ifaçısı Lütfiyar İmanov, 1978-ci ildə böyük bəstəkar Rauf Hacıyev, 1980-ci ildə korifey sənətkar Zeynəb Xanlarova, 1985-ci ildə “Məhəbbət əfsanəsi” baleti ilə dünyada məşhurlaşan Arif Məlikov, 1988-ci ilə böyük müğənni Fidan Qasımova, 1990-ci ildə məşhur pianoçu, tanınmış bəstəkar Fərhad Bədəlbəyli SSRİ Xalq artisti adına layiq görülürlər.

Ən axırıncı SSRİ Xalq artisti adına layiq görülən azərbaycanlı isə Türkmənistanda, Aşqabadda doğulub-böyüyən kinorejissor, ssenarist, aktyor və pedaqoq Əjdər İbrahimbəyov olur. O, bu ada SSR-nin süquta uğradığı 1991-ci ildə layiq görülür.

Onu da qeyd edək ki, SSRİ Xalq artisti fəxri adı 1936-cı ildə İttifaq rəhbərliyinin qərarı ilə rəsmiləşdirilmişdi.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *