Azərbaycanlı siyasətçilərin öldüyü qəzadan 23 il ötdü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Tarix

Azərbaycanlı siyasətçilərin öldüyü qəzadan 23 il ötdü

Azərbaycanlı siyasətçilərin öldüyü qəzadan 23 il ötdü

“Qafqazinfo” xəbər verir ki, 23 il əvvəl, 1991-ci ilin bu günü Xocavənd rayonunun Qarakənd kəndi yaxınlığında Ermənistan ordusunun açdığı atəş nəticəsində içərisində Azərbaycanın siyasi elitası olan vertolyot qəzaya uğrayıb.

Qəza nəticəsində vertolyotda olan 22 nəfərin hamısı həlak olub.

Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, Dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov, Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə, bundan başqa Rusiya və Qazaxıstan hərbi müşahidəçiləri də olub.

İlkin variantlarda helikopterin dumanlı havada qayalara çırpılaraq qəzaya düşməsi verilsə də, sonradan onun vurulduğunu etiraf etdilər.

Sonradan aparılan araşdırmalar nəticəsində məlum olur ki, Mi-8 72 hərbi helikopterinə Amerika istehsalı olan Barret M82A1 silahından atəş açılıb (silahın tərkibində birləşmiş uran izotopu U-238 var). 50 kalibrli, tərkibində nüvə olan bu snayperli silahla 2 km məsafədə uçan təyyarələri, helikopterləri, həmçinin zirehli maşınları siradan çıxarmaq mümkündür. ABŞ Konqresində adı hallanan bu silah həmdə kütləvi qırğın silahları cərgəsində gedir. Bu silah hədəfə dəyərkən ilkin olaraq güclü yanğın törədir. Buna “nüvə yanğını” deyirlər. Bu yanğının yayılma zərbəsindən obyektin qalıqlarının mərkəzdən 500-600 metr kənara atılır.

Qeyd edək ki, qəza baş verən ilin 7 noyabrında Bakıda Qazaxıstan, Azərbaycan, Türkmənistan, Rusiya və Ermənistan həmsədrlərinin görüşü keçirildi. Səbəb Dağlıq Qarabağ ərazisində gedən müharibə idi. Rəsmi şəxslər hadisələri öz gözləri ilə görmək üçün Xankəndiyə getməyi qərara alırlar. Onlar əvvəlcə Ağdama üz tuturlar və bir neçə saat sonra Xocavənd istiqaməti ilə birbaşa Xankəndiyə helikopter ilə getməli idilər. Helikopter Xocavəndin Qarakənd kəndi səmasında olan zaman vurulur.

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *