Türkiyə sahillərində kruiz layneri və tanker toqquşdular » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya

Türkiyə sahillərində kruiz layneri və tanker toqquşdular

Türkiyə sahillərində kruiz layneri və tanker toqquşdular


“Celestyal Crystal Kruiz” layneri və “STI Pimlico” ərzaq daşıyan tanker Türkiyə yarımadası Qallipolinin sahilində Dardanel körfəzinin şimal hissəsində toqquşub, zərərçəkənlər var, Maritime Bulletin nəşri bildirib.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 01.25-də baş verib. Yüklənmiş tanker Rusiyanın Tuapse şəhərindən Malta tərəfə yola düşüb. 853 sərnişini və 382 nəfər heyət üzvü olan “Kruiz” layneri isə yunan adası Mikonosdan İstanbula hərəkət edirdi.

Nəşrin məlumatına müvafiq olaraq, hər iki gəmi toqquşma nəticəsində ciddi zərər çəkiblər. Əsasən tankerin bir neçə sisterni deşilib, axın olduğu bildirilib. Nəşr xəbər verir ki, laynerin göyərtəsində zərər çəkən sərnişinlər var. Hər iki gəmi Qallipoli sahillərində lövbər salıb.

“Toqquşma çox güman ki, hər iki gəmidə komandanlığın səhvinin nəticəsidir. Hərəkətin idarəsi mərkəzi onlara toqquşma təhlükəsi barədə xəbərdarlıq etmişdi”, - nəşrin məlumatında deyilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *