Məşhur futbolçu ayrıldı: halallıq vermirəm
Türkiyənin “Beşiktaş” futbol komandasının məşhur oyunçusu İbrahim Toraman komandasından ayrılıb. ANS PRESS-in məlumatına görə, Toraman bu barədə şəxsi twitter səhifəsində məlumat yayıb. Futboldan da getdiyini bildirən İbrahim Toraman Beşiktaşın prezidenti Fikrət Ormana və rəhbərliyə halallıq vermədiyini açıqlayıb. Bir vaxtlar ağ-qaralı komandanın kapitanı da olan Toraman “Beşktaş” heyətinə və azarkeşlərinə sonuna qədər halallıq verdiyini, onların da halallıq verəcəklərinə ümid etdiyini qeyd edib. 33 yaşlı futbolçunun küsməsinə səbəb isə onun hazırlıq oyunlarının xaricində qalması və bunu ona rəhbərliyin yox, klub heyətindən birinin xəbər verməsidir.
Mənbə:> ANSPRESS