Tiflisdən qaçan pinqvin Azərbaycanda tapıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Maraqlı

Tiflisdən qaçan pinqvin Azərbaycanda tapıldı

14 iyun daşqınından sonra Tiflis zooparkından qaçaraq üzüb Azərbaycana gəlmiş pinqvin Gürcüstana göndərilib. Bu barədə "İnterfaks" məlumat yayıb.

Daşqın zamanı Tiflis zooparkından 9 pinqvin qaçıb, 8-ni dərhal tapıblar. Zoopark əməkdaşları sonuncu pinqvinin hadisə zamanı tələf olduğunu düşünsələr də bir neçə gün sonra üzərində zooparkın işarəsi olan quşu Azərbaycanda yanacaqdoldurma məntəqəsində tapıblar.

Yemək axtaran pinqvin insanlara özü yaxınlaşıb. Onu tutaraq Tiflisə - doğma zooparkına göndəriblər.

Qeyd edək ki, daşqın zamanı Tiflisi zooparkını su basıb, orda qalan 600 heyvandan yarısı həlak olub. Xüsusi təyinatlılar indiyədək Tiflis ətrafında sağ qalmış pələng və kaftarı axtarırlar.

Hadisə zamanı Gürcüstan paytaxtında 19 nəfər ölüb

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *