Bakı zooparkından Tiflisə kömək təklif olundu » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Bakı zooparkından Tiflisə kömək təklif olundu – VİDEO

Bakı zooparkından Tiflisə kömək təklif olundu


Tiflis zooparkının düşdüyü çətin vəziyyətdə onlara köməyini əsirgəməyənlər var. Güclü daşqın nəticəsində Gürcüstanın paytaxtı Tiflis dağıntılara məruz qalıb. Artıq təmizləmə işləri start götürüb. Çoxlu sayda insan, eləcə də könüllülər təmizlik işlərinə qoşulub.

Daşqın nəticəsində Tiflisin mərkəzi küçələrinə böyük ziyan dəyib, şəhər zooparkından çoxlu sayda vəhşi heyvan qaçıb. Dağılan zoopark rəhbərliyi heyvanlarin böyük əksəriyyətinin boğularaq öldüyünü ehtimal edir.

Bakı Zooloji Parkı Gürcüstanda dağılmış zooparkın heyvanlarını müvəqqəti qəbul etməyə hazırdır.

Bu barədə ANS TV-yə Bakı zooparkının direktoru Azər Hüseynov məlumat verib.

Gürcüstanda baş vermiş fəlakətdən danışan Azər Hüseynov göstəriş gələcəyi təqdirdə, gürcüstanlı həmkarlarına hər cür köməklik göstərmək imkanlarının olduğunu bildirdi:

“Məlum daşqınlar zamanı Tiflis zooparkı bərbad vəziyyətə düşüb. İmkan daxilində və eləcə də bu məsələ dövlət səviyyəsində həll olunmaq şərtilə müəyyən heyvanları müvəqqəti, Bakı Zooloji Parkıda saxlayıb təkrar qaytarılmasına razıyam”.

Azər Hüseynov sözlərinə görə, Bakı Zooloji Parkı həm vəhşi heyvanları, həm də ki, digər növ heyvanlara müvəqqəti sığınacaq verməyə hazırdır:

“Hazırda Bakı Zooloji Parkında müəyyən tikinti işləri həyata keçirilir. Burda aparılan tikinti işləri zamanı qəfəslərdə olan bəzi heyvanlar yeni inşa olunan yerlərə köçürüləcək. Bunun nəticəsində boş yerlər yaranacaq ki, həmin yerlərə həm məməlilərlə yanaşı, yırtıcıları da yerləşdirmək olar. Bu isə ancaq məsləənin necə həll olunmasından asılıdır”.

Bu zaman Azər Hüseynova Tiflis Zooloji Parkının direktoru tərəfindən zəng də gəldi. Gürcüstan tərəfi azərbaycanlı həmkarlarına dəstəyə görə təşəkkürləri çatdırdı və lazım gələrsə, kömək üçün müraciət edəcəklərini bildirdilər.

Qeyd edək ki, Tiflisdə baş vermiş güclü daşqın nəticəsində insan tələfatı və başqa dağıntılarla yanaşı Tiflis zooparkının vəhşi heyvanları şəhərin mərkəzinə qaçıblar.

Zooparkdan qaçan heyvanlarin axtarışına aidiyyatı qurumların qüvvələri və xüsusi təyinatlılar cəlb olunub.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *