Bakı 2015-də dava: Güləşçilər bir-birini şillələdilər – VİDEO
Bakı-2015 I Avropa Oyunlarında sərbəst güləş üzrə görüşdə iki idmançı xalçadan kənarlaşdırılıb.
Oxu.Az xəbər verir ki, 57 kq çəki dərəcəsində gürcüstanlı Xinçeqaşvili Vladimer və belaruslu Adreyeu Uladzislaunun görüşündə idmançılar əsəblərinə hakim ola bilməyiblər.
Belə ki, belaruslu idmançı öndə olarkən rəqibi ona sillə zərbəsi vurub. Belaruslu pəhləvan da buna qarşılıq verincə, iki idmançı arasında dava düşüb.
Dərhal akimlər də görüşü ləğv ediblər, iki idmançı döşəkdən kənarlaşdırılıb. Hər iki idmançı diskvalifikasiyaya məruz qalıb.
Mənbə:> Oxu.Az