Zito öldü
Futbol üzrə Braziliya yığmasının sabiq futbolçusu Zito 82 yaşında dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, bu barədə "Santos" klubunun Twitter mikrobloqunda məlumat yayılıb. Futbolçu insult diaqnozu ilə yerləşdirildiyi xəstəxanada ölüb.
Qeyd edək ki, Zito Braziliya yığmasının heyətində 1958 və 1962-ci il dünya çempionatlarında qələbə qazanıb. O, yığma komandanın forması ilə 50-dən çox oyun keçirib və 3 qol vurub. Futbolçu 15 il şərəfini qoruduğu "Santos" klubu ilə iki dəfə Libertadores və qitələrarası kuboka sahib çıxıb.
Mənbə:> ANSPRESS