Baş nazir müavininə itki
Türkiyənin baş naziri müavininin qaynanası dünyasını dəyişib.
ANS PRESS-in məlumatına görə, Türkiyə baş naziri müavini Bülent Arınçın 89 yaşlı qaynanası Elmas Tay müalicə aldığı Gölbaşı Dövlət Xəstəxanasında həyata əbədi olaraq gözlərini yumub.
Yerli mətbuatda yayılan xəbərlərdə Elmas Taya uzun müddətdir ağ ciyərində olan narahatlıq səbəbilə müalicə edildiyi bildirilir.
Ölüm xəbərini eşidən Bülent Arınç və həyat yoladşı Münəvvər Arınç, eləcə də ailə yaxınları xəstəxanaya üz tutublar.
Mərhumun bu gün günorta saatlarında Manisada dəfn ediləcəyi qeyd edilir.
Mənbə:> ANSPRESS