"Bank Technique”nin sədri “Bandotdel”dən buraxıldı
Bu məlumat virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr tərəfindən verilib. R.İsmayılov pul yumaqda ittiham olunur.
* * *16:26
“Bank Technique” Müşahidə Şurasının sədri Rövşən İsmayılov saxlanılıb.
Bu barədə virtualaz.org saytına hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Məlumata görə, Rövşən İsmayılov ötən həftənin cümə günü - mayın 22-də saxlanılıb. O, hazırda DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin (“Bandotel”) təcridxanasında saxlanılır.
Bankir xüsusilə böyük məbləğdə pul yumaqda ittiham olunur.
Rövşən İsmayılov “Bank Technique”dən əvvəl Azərbaycan Beynəlxalq Bankında işləyib, İdarə Heyəti sədrinin müavini postunu tutub. 2012-ci ildə isə “Bank Technique” Müşahidə Şurasının sədri təyin olunub.
Xatırladaq ki, mayın 22-də “Bank Technique”nin Xəzər filialının direktoru Fərid Məmmədov da saxlanılmışdı. Fərid Məmmədov vurulmuş məmurlar siyahısına düşən Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Fərhad Məmmədovun qardaşıdır.
Fərid Məmmədov saxlanılarkən onun kabinetindən 4 milyon dollar nağd pul aşkarlanaraq götürülüb. Lakin filial direktoru bir sutkadan sonra sərbəst buraxılıb.
Mənbə:> Virtualaz.org