Xaçmazda yük maşını yandı

Xaçmaz rayonunda vətəndaşa məxsus “VOLVO” markalı yük avtomobili yanıb.
ANS PRESS-in FHN-nin saytına istinadən verdiyi məlumata görə, hadisə rayonun Qusarçay kəndində baş verib.
Bildirilir ki, "VOLVO" markalı yük avtomobilinin kabinəsi və arxa təkəri yanıb.
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Mənbə: ANSPRESS