Şərqi Azərbaycanda daha bir zəlzələ
![Şərqi Azərbaycanda daha bir zəlzələ Şərqi Azərbaycanda daha bir zəlzələ](https://aznews.info/uploads/zelzele-diaqram.jpg)
İranın Şərqi Azərbaycan əyalətindəki Miyanə kəndinə bağlı Türkmənçay bölgəsində 4,8 bal gücündə zəlzələ olub.
Tehran Universiteti Geofizika İnstitutu Seysmoloji Mərkəzinə görə, zəlzələ yerli vaxtla saat 05:43-də yerin 8 km dərinliyində baş verib.
Qeyd edək ki, bu günlərdə, noyabrın 8-də də eyni ərazidə 5,9 bal gücündə zəlzələ olmuşdu. Bu zəlzələdə ən azı 6 nəfər vəfat etmiş, 300 nəfər xəsarət almışdı.
Mənbə: Oxu.Az