Qazaxıstanda neft yatağındakı yanğını 4 günə söndürdülər – VİDEO
Martın 25-də Qazaxıstanda “Kalamkas” neft-qaz yatağında başlayan yanğın martın 28-də söndürülüb.
Bu barədə Tengrinews.kz məlumat yayıb.
Bildirilir ki, hündürlüyü 10 metrə çatan alov 900 kv.m ərazini əhatə edib. Ölən və yaralananlar yoxdur.
Yanğınsöndürənlər bir neçə dəfə yanğını söndürməyə cəhd etsələr də, yatağa yaxınlaşa bilmədiklərinə görə səyləri nəticə verməyib.
Qeyd olunur ki, Xəzər dənizinin sahilində yerləşən “Kalamkas” yatağı qəzalı vəziyyətdə olub.
Qazaxıstan Fövqəladə Hallar Komitəsindən bildiriblər ki, martın 28-də yanğın özü sönüb.
Xatırladaq ki, bundan əvvəl İnAktau saytı Manqistauz Fövqəladə Hallar Departamentinə istinadən yanğın barədə məlumatın yalan olduğunu bildirmişdi.
Mənbə:> Oxu.Az