Çində güclü partlayış: 47 ölü, 640 yaralı » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Dünya, Video

Çində güclü partlayış: 47 ölü, 640 yaralı – VİDEO (YENİLƏNİB)

Çində güclü partlayış: 47 ölü, 640 yaralı


Çində kimya zavodunda güclü partlayış nəticəsində ölənlərin sayı 47-yə çatıb.

“Reuters”in məlumatına görə, 640 nəfər yaralı xəstəxanalara yerləşdirilib.

Onlardan 32 nəfərin vəziyyəti ağırdır.


17.02

Çinin şərqində, Tsyansu əyalətində yerləşən kimya zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində altı nəfərin həlak olduğu, 30 nəfərin yaralandığı bildirilir.

Bu haqda “RİA Novosti” yerli rəsmilərə istinadən məlumat yayıb.

Əraziyə xeyli sayda yanğınsöndürən və təcili tibbi yardım dəstələri göndərilib. Yaralılar yaxınlıqdakı xəstəxanalara təxliyə olunub.

Texnogen qəzanın səbəbi barədə məlumat verilmir.

Partlayış dalğası o qədər güclü olub ki, Çinin seysmoloji agentliyi 14:48 radələrində 2,2 bal gücündə zəlzələ qeydə alıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *