Bakıda piyada avtobusun altına yıxıldı
Bakı şəhərinin Suraxanı rayonunda dayanacaqda piyada avtobusun altına yıxılıb.
“Report” xəbər verir ki, piyadanın xilas olunması üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları gəlib.
Xilasedicilər hadisə yerinə gələrək vətəndaşı “Karsan” markalı avtobusun altından çıxarıb Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadasına təhvil veriblər.
Mənbə:> Report