Bakı-Gəncə sürət qatarı yolda qaldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Bakı-Gəncə sürət qatarı yolda qaldı

Bakı-Gəncə sürət qatarı yolda qaldı

Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

Bəzi KİV-lərin yazdığına görə, hadisə bu gün səhər saatlarında, Kürdəmir rayonu ərazisində baş verib. Gəncədən Bakıya qayıdan qatarda nasazlıq yarandığı üçün sərnişinlərin paytaxta teplovoz vasitəsilə çatdırıldığı bildirilir.

Virtualaz.org problemlə bağlı “Azərbaycan Dəmir Yolları”QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədirova ilə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, qatarın yolda qalması elektrik xətlərindəki nasazlıqla bağlı olub: “Bildiyiniz kimi, dünən hava çox küləkli idi. Ona görə elektrik xətlərində nasazlıq yaranıb. Buna görə qatar dayanıb, lakin problem tezliklə aradan qaldırılıb və sərnişinlər 8 dəqiqə gecikmə ilə Bakıya çatıblar”.

S. Qədirova, qatar yolda qaldığından sərnişinləri daşımaq üçün teplovoz göndərilməsi ilə bağlı deyilənləri də təkzib edib.

Xatırladaq ki, Bakı-Gəncə sürət qatarı ötən il dekabrın 29-da işə düşüb. Qatar hər ayın cüt günlərində Bakıdan, tək günlərində isə Gəncə şəhərindən səhər saat 09:00-da yola düşür. Qatarın yolda olma müddəti 4 saat 28 dəqiqə təşkil edir. Dörd vaqondan ibarət qatarda 9 yerlik birinci klass, 62 yerlik biznes və 296 yerlik standart olmaqla, cəmi 367 oturacaq var.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *