İndoneziyada vulkan püskürdü
İndoneziyanın Sulavesi adasında yerləşən Soputan vulkanında püskürmə baş verib.
Oxu.Az RİA Novosti yə istinadən xəbər verir ki, bu barədə "Antara" agentliyi məlumat yayıb.
Təbiət hadisəsi bazar günü adanın şimalında qeydə alınıb. Vulkan dəniz vəviyyəsindən təqribən 4,8 km-ə qədər kül atıb.
Dağıntı və tələfat barədə məlumat yoxdur.
Xatırladaq ki, bir müddət əvvəl də, oktyabr ayında Sulavesi adasında vulkan püskürməsi hadisəsi baş vermişdi.
Mənbə:> Oxu.Az