İstanbulda ədliyyə binası təxliyə edilir
Türkiyənin İstanbul şəhərində Büyükçekmece rayon ədliyyə binasından insanlar təxliyə olunur.
Trend-in məlumatına görə, təxliyəyə səbəb partlayış təhdididir.
Qeyd olunur ki, naməlum şəxs ədliyyəyə zəng edərək binaya partlayıcı maddə yerləşdirildiyini deyib.
Hazırda partlayıcı maddənin axtarışları aparılır.
Mənbə:> Trend