Bakıda piyadanı vuran avtomobilin sürücüsü hadisə yerindən qaçdı
Xocəsəndə piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
DİN-dən verilən məlumata görə, dekabrın 3-də saat 21 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Namaz Namazov vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyadanın vəziyyəti orta ağırdır.
Binəqədi RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Mənbə:> Virtualaz.org