Gəncədə binada partlayış, dağıntılar altında qalanlar var
Gəncə şəhərində dördmərtəbəli yaşayış binasında partlayış olub.
Məlumatına görə, hadisə şəhərdə yerləşən “Füzuli” parkının yaxınlığında, Şahlar Hüseynov küçəsi, bina 13-də baş verib.
Nəticədə üçüncü blokun bir hissəsi çöküb.
İlkin məlumatlara görə, dağıntılar altında qalanlar var.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Report