Tbilisidə yaşayış binasında güclü partlayış » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial » Hadisə

Tbilisidə yaşayış binasında güclü partlayış

Tbilisidə yaşayış binasında güclü partlayış

Gürcüstanın paytaxtı Tbilisinin Zemo Poniçala qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının birində güclü partlayış baş verib.

Binanın üçüncü mərtəbəsində səhər saatlarında qeydə alınan partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.

Partlayış binanın bir hissəsinin uçmasına səbəb olub. Bir neçə mərtəbəyə və həyətdəki avtomobillərə ciddi ziyan dəyib, bütün mənzillərin pəncərələri sınıb.

Hazırda yanğınsöndürən və xilasedici briqadalar hadisə yerindədir. Onlar dağıntılar altında partlayış zamanı mənzildə olan ana və onun övladını axtarırlar.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *