Milyarder atəşə tutuldu
Adı “Forbes”un milyarderlər siyahısında yer alan biznesmen Oleq Burlakovun avtomobili Moskvada naməlum şəxslər tərəfindən atəşə tutulub.
Bu barədə Rusiya hüquq-mühafizə orqanları məlumat yayıb. Belə ki, biznesmen özü polisə müraciət edərək hadisə barədə məlumat verib. Onun sözlərinə görə, hadisə noyabrın 3-də axşam saatlarında baş verib. Biznesmen özünəməxsus “Cadillac Escalade” avtomobilində olarkən qəflətən maşına yaxınlaşan şəxs onu səsləyib. Avtomobilin şüşəsini aşağı salan O.Burlakov atəşə tutulub. Xoşbəxtlikdən, güllə ona deyil, avtomobilin korpusuna dəyib.
Fakt üzrə cinayət işi başlanılıb, araşdırmalar aparılır.
69 yaşlı Oleq Burlakov “Forbes” jurnalının "Rusiyanın 200 ən zəngin biznesmeni" siyahısında 158-ci yeri tutur. Onun varidatı 650 milyon dollar civarındadır. "Stroylesbank" biznesmenin əsas aktividir.
“Forbes”un qeyd etdiyi kimi, dünyada ən böyük yaxtalardan biri O.Burlakova məxsusdur. 106 metrlik yelkənli "Qara mirvari"nin dəyəri təxminən 250 milyon avro təşkil edir.
Mənbə:> Virtualaz.org