Sumqayıtda 7 yaşlı qız dördüncü mərtəbədən yıxılaraq ölüb
Sumqayıt şəhərində 7 yaşlı qız binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. Hadisə şəhərin 41-ci məhəlləsində qeydə alınıb.
Belə ki, Sumqayıt şəhər sakini 2011-ci il təvəllüdlü Qurbanova Nuranə Namiq qızı yaşadığı 41-ci məhəllədə binanın 5-ci mərtəbəsində pəncərəyə çıxıb. Bu zaman o, yıxılaraq yerə düşüb. Nəticədə uşaq ağır xəsarətlərdən yerindəcə ölüb.
Qeyd edək ki, N.Qurbanova 1-ci sinif şagirdi olub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org