Bakıda borcu olan şəxs evinin qarşısında döyüldü
Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini C.Salmanov oktyabrın 28-də M.Ə.Rəsulzadə qəsəbəsindəki evinə gələn 2 nəfərin onu həyətə çağırıb döydüklərini, “Niva” markalı avtomobildə Qobu qəsəbəsindəki bir evə apararaq yenidən döyərək borclu olduğu pulu tələb etdiklərini bildirib.
DİN-dən verilən məlumata görə, polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri olan Elşən və Elvin Mustafayevləri qısa müddətdə müəyyən edərək saxlayıblar.
Faktla bağlı Cinayət Məcəlləsinin 322.2-ci (özbaşınalıq - eyni əməllər zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Mənbə:> Virtualaz.org