Fəhlə faciəvi şəkildə öldü
Sumqayıt şəhərində fəhlə yük maşınının altında qalaraq ölüb.
AzNews.info “Report”a istinadən xəbər verir ki, hadisə Bakı-Quba avtomobil yolunun şəhərin Hacı Zeynalabdin qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, yük maşını arxaya hərəkət edərkən 1977-ci il təvəllüdlü Məzahir Azay oğlu Mustafayev nəqliyyat vasitəsinin altında qalaraq ölüb. Onun meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Sumqayıt regional şöbəsinə təhvil verilib.
Qeyd edək ki, ölən şəxsin yol tikinti idarəsinin əməkdaşı olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Virtualaz.org