Azərbaycanda dəhşətli yol qəzası baş verib… » AzNews.info -Xəbər portalı

Bölmə: Hadisə, Kriminal, Avto

Azərbaycanda dəhşətli yol qəzası baş verib…

Azərbaycanda dəhşətli yol qəzası baş verib…


İsmayıllı rayonunda yol qəzası baş verib.

AzNews.info-nun Report-a istinadən xəbərinə görə, hadisə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 24-cü kilometrliyində qeydə alınıb.

Belə ki, İsmayıllı rayonunun Ruşan kənd sakini İslam Mahir oğlu Şirinovun idarə etdiyi “VAZ-2107” markalı 90-GL-092 dövlət nömrə nişanlı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq yolun sol hissəsində dayanmış rayon sakini Tahir Ağasadıq oğlu Məmmədova məxsus “QAZ-53” markalı 31-BC-546 dövlət nömrə nişanlı yük avtomobilinə çırplıb. Qəza nəticəsində minik maşını iki hisəyə bölünüb. İ.Şirinov aldığı çoxsaylı xəsarətlərdən hadisə yerində keçinib. Avtomobildə olan sərnişinlər – Nazxanım Yolçu qızı Məmmədova və onun qızı Elvira Afəddin qızı Məmmədova ağır xəsarətlərlə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Report
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *